Avropa İttifaqı HƏMAS-a sanksiyalar tətbiq edə bilər
8 Baxış

Avropa İttifaqı İsrailə hücum etdiyinə görə HƏMAS nümayəndələrinə qarşı sanksiyalar tətbiq edə bilər.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Brüsseldə 27 icma ölkəsinin xarici işlər nazirlərinin noyabrın 13-də keçiriləcək görüşü ərəfəsində jurnalistlər üçün brifinqdə bildirilib.
“Biz HƏMAS-a qarşı əlavə tədbirlərə açığıq. Bu, şəxslərin “qara siyahı”ya salınmasını da əhatə edə bilər”, – deyə qeyd edilib.
Bildirilib ki, noyabrın 13-də xarici işlər nazirlərinin görüşündə Yaxın Şərqdəki vəziyyət diqqət mərkəzində olacaq:“Qəzza müharibəsində baş verənlərə və Aİ-nin orta müddətli perspektivdə hansı addımı atacağına dair nazirlər tərəfindən qiymətləndirmə aparılacaq”.