Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tiflisdə əməliyyat: İŞİD üzvləri ələ keçirildi

28 Baxış

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi miqrantların qeyri-qanuni daşınması işi üzrə aparılan istintaq zamanı iki əcnəbi vətəndaşın saxlanıldığını açıqlayıb.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, xüsusi əməliyyat Tiflisin iki məntəqəsində eyni vaxtda keçirilib. Axtarış zamanı partlayıcı maddələr, elektron məlumat ötürmə vasitələri, tüfənglər, saxta xarici pasportlar, üzərində İŞİD terror təşkilatının simvolları olan bayraq götürülüb.

İstintaqın hazırkı mərhələsində saxlanılanların milliyyəti barədə məlumat verilmir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678