Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 40-cı ildönümüdür

28 Baxış

15 noyabr – Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) yaranması günüdür.

Müstəqil KKTC 1983-cü il noyabrın 15-də elan olunub.

Yunanların adada tüklərə qarşı apardığı soyqırımını dayandırmaq üçün 1974-cü il iyulun 20-də Türkiyənin Baş naziri Bülənt Ecevitin başçılığı ilə Türkiyə Silahlı Qüvvələri Kiprdə hərbi əməliyyat keçirib.

Bu hərəkat nəticəsində Şimali Lefkoşa da daxil olmaqla adanın 37 faizi türklərin nəzarətinə keçib, Kiprin Yunanıstan tərəfindən ilhaqının qarşısı alınaraq, adada yaşayan türklərin təhlükəsizliyi təmin olunub.

Bu hərəkat zamanı Türkiyə Ordusu 498 şəhid verib, Kiprdə yaşayan 1672 hərbçi və mülki türk həlak olub.

Həmin əməliyyatdan sonra Türk Dünyasının “Yavru Vətəni”nin bugünkü sərhədləri müəyyənləşib, 13 fevral 1975-ci ildə Kipr Türk Federasiyası qurulub. Federasiyanın dövlət və parlament başçısı olan Rauf Denktaş 15 noyabr 1983-cü ildə elan olunan KKTC-nin ilk prezidenti seçilib.

Bu günədək müstəqilliyi tanınmayan KKTC-dən fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kipr Respublikası kimi tanınıb və Avropa İttifaqına üzv qəbul edilib.

Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan KKTC ilə Azərbaycanın münasibətləri inkişaf etməkdədir. Oktyabr ayında Şimali Kiprin Prezidenti Ersin Tatar Azərbaycana səfər edib və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678