Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransa Ermənistanın bu addımını alqışladı

31 Baxış

Fransa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun Ermənistan tərəfindən ratifikasiyasının əslinin BMT-yə təqdim edilməsi faktını alqışlayır.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyinin X sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd edək ki, ötən gün BMT-də ratifikasiya sənədinin saxlanması üçün BMT-nin Beynəlxalq Müqavilələr Departamentinə təhvil verilməsi mərasimi keçirilib. İlkin ratifikasiyanı BMT-nin Beynəlxalq Müqavilələr Departamentinin rəhbərinə Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mger Markaryan verib. Sənədin orijinalının təhvil verilməsi ilə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması prosesi başa çatıb.

Bununla Ermənistan BCM-nin nizamnaməsinə qoşulan 124-cü ölkə olub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678