Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qəzzaya qoşun yeritməyəcəyik – İordaniya

26 Baxış

İordaniyanın silahlı münaqişə sona çatdıqdan sonra belə Qəzza zolağına qoşun yeritmək planı yoxdur.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Ayman Hüseyn Abdulla əs-Səfadi deyib.

“Biz bu məsələni tərəfdaşlarımızla müzakirə etdik və Qəzzaya ərəb qoşunlarının yeridilməyəcəyi qənaətinə gəldik. İmkan vermək olmaz ki, fələstinlilər bizə düşmən kimi baxsınlar. Mövcud münaqişə sona çatdıqdan sonra Qəzzanın necə qalacağını bilmirik. Lakin Qəzzanın gələcəyi haqqında danışmaq istəyiriksə, onun məhvi dayandırılmalıdır”, – XİN başçısı bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678