Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yəmənli üsyançılar Britaniyanın gəmisini ələ keçirib

29 Baxış

Yəmənli üsyançılar Qırmızı dənizdə Böyük Britaniyaya məxsus “Galaxy Leader” yük gəmisini ələ keçirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, yük gəmisi hazırda Yaponiya şirkətində icarədədir. Gəmi israilli iş adamı Abraham Unqarın mülkiyyətindədir. Ələ keçirilən zaman gəmi Baham adaları bayrağı altında Türkiyədən Hindistana üzürmüş. Göyərtəsində Ukrayna, Bolqarıstan, Filippin və Meksika vətəndaşları olub.

Bundan əvvəl üsyançıların sözçüsü Yəhya Saria İsrail şirkətlərinə məxsus və ya İsrail bayrağı altında üzən bütün gəmilərə hücum edəcəklərini bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678