Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lavrovdan şok: Bu ölkə növbəti qurban olacaq – Video

28 Baxış

Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

Lavrov Moldovanın federallaşdırılması yolu ilə Dnestryanı münaqişənin həllinə dair 2003-cü ildə imzalanmış Kozak Memorandumunu xatırladıb:

“Bu, Moldovadakı vəziyyəti 20 il əvvəl etibarlı şəkildə həll edə bilərdi. İndi də onlar “5+2” formatını öldürürlər – Dnestryanı probleminin nizamlaması üzrə birgə səylərdən qalan son qurumu… Əslində, Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq. Hazırda Qərb emissarlarının, fondlarının və qeyri-hökumət təşkilatlarının fəal olduğu hər bir ölkə bu barədə düşünməlidir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678