Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kubadan qaçan, Kastronu tənqid edən bacısı öldü

24 Baxış

Kubanın dövlət və siyasi xadimi Fidel Kastronun kiçik bacısı Xuanita Kastro dekabrın 4-də Mayamidə (Florida) vəfat edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə onun nümayəndəsi Mariya Antonietta Kollinz məlumat verib.

“Bu gün müstəsna qadın və Kuba uğrunda yorulmaz döyüşçü Xuanita Kastro 90 yaşında vəfat etdi”, – o, İnstaqram səhifəsində yazıb.

Xuanita Kastro 1964-cü ildə vətənini tərk edib, bundan sonra o, Kuba hakimiyyətini dəfələrlə açıq şəkildə tənqid edib.

Daha sonra o, 1961-ci ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini etiraf edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678