Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pentaqon peyk sistemini sınaqdan keçirdi

21 Baxış

ABŞ Müdafiə Nazirliyi Arktikadakı ehtiyacları üçün “SpaceX” şirkətinin “Starlink” peyklərinin doqquz aylıq sınaqlarını uğurla başa vurub.

Bildirilir ki, “Starlink” mobil proqramlar da daxil olmaqla, Arktikada etibarlı, yüksək performanslı rabitə sistemi olduğunu sübut edib. Sınaqların çox güclü küləklər və həddindən artıq aşağı temperaturda aparıldığına aydınlıq gətirilib.

Məlumata görə, İlon Maskın peykləri “Arktikada təsirlərini genişləndirməyə çalışan” Rusiya və Çinlə qarşıdurma zamanı ABŞ üçün faydalı olacaq, çünki sərt iqlim və regionun uzaqlığı mövcud hərbi peyklər vasitəsilə rabitə imkanlarını məhdudlaşdırır.

Qeyd edək ki, “SpaceX”in qütb orbitində 233 peyki var.(oxu.az)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678