Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Amerikanın Ukraynaya yardımı Baydenin qərarlarına görə risk altındadır

23 Baxış

ABŞ Prezidenti Co Bayden və onun administrasiyası öz hərəkətləri ilə Kiyev hakimiyyətini dəstəkləmək üçün vəsaitin ayrılmasını təhlükə altına qoydu.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu fikir “The New York Times”ın məqaləsində yer alıb.

Nəşrin məlumatına görə, Amerika administrasiyasının ABŞ Konqresinə əlavə büdcə ayırmaları tələbinə ABŞ-Meksika sərhədinin möhkəmləndirilməsi ilə bağlı bəndin daxil edilməsi “həm böhranı həll etməyə, həm də respublikaçıların dəstəyini cəlb etməyə yönəlmiş şirin həb olmalı idi.” Lakin bunun əvəzinə Ağ Ev bu qərarla özünü küncə sıxışdırdı.

“Amerika lideri hər iki tərəfin güzəştə gedə bilmədiyi məsələ üzrə danışıqlara nə dərəcədə ciddi girmək barədə çətin seçim qarşısındadır”,- qəzet yazır.

Məqalə müəllifi qeyd edir ki, hazırkı çıxılmaz vəziyyətə görə Baydenin xarici siyasətinin əsas məsələsi, yəni Ukraynaya dəstək hazırda “bir ipdən asılıb”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678