Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin Misir prezidentinə niyə zəng etdi?

22 Baxış

Rusiya prezidenti Vladimir Putin misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefonla Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Misir prezidentinin rəsmi nümayəndəsi Əhməd Fəhmi “Facebook”da məlumat verib.

Onun sözlərinə görə, hər iki lider vəziyyətin nizamlanması və Fələstin anklavında atəşkəsə nail olmaq üçün səy göstərməyə razılaşıblar. O qeyd edib ki, söhbətin təşəbbüskarı Putin olub.

“Telefon danışığı zamanı gərgin siyasi və humanitar vəziyyət fonunda xüsusilə Qəzza zolağı və Fələstin ərazilərində regional vəziyyət müzakirə edilib”, – Fəhmi yazıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678