Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tramp prezident olarsa, NATO-nu məhv edəcək

24 Baxış

Avropa hökumətləri ciddi narahatdır ki, Donald Tramp Ağ Evə qayıtsa, o, Ukraynaya yardımı tamamilə dayandırmaqla yanaşı, həm də NATO-nu qəsdən məhv edə bilər.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “New York Times”in yaydığı məqalədə bildirilib.

Qeyd edilib ki, NATO mövcud olduğu müddətdə həm Respublikaçılar, həm də Demokratlar bu təşkilatı ABŞ-ın dünya səhnəsində gücünü və təsirini artırmaq üçün alət kimi görürdülər:

“Tramp prezident olanda dəfələrlə Avropanın müdafiə xərclərini artırmayacağı təqdirdə ABŞ-nin alyansdan çıxacağı ilə hədələyib. Hazırda güclənən yeni seçki kampaniyasında Tramp indiyə qədər öz niyyətləri haqqında çox az danışıb. Bununla belə, onun rəsmi kampaniya saytında aşağıdakı cümlə var: “Biz NATO-nun məqsəd və missiyasını əsaslı şəkildə yenidən qiymətləndirməklə mənim administrasiyam zamanı başladığımız prosesi başa çatdırmalıyıq”.

Həm Trampın özü, həm də onun tərəfdaşları bu ifadənin konkret məzmununu açıqlamaqdan imtina edirlər. ABŞ-ın Avropadakı müttəfiqləri bundan narahatdırlar”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678