Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zelenski ölkədən qaçmaq üçün onlara müraciət edib- İddia

28 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədən qaça biləcəyi təqdirdə ABŞ hakimiyyətindən kömək istəyib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu iddianı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Larri Conson “Redacted” YouTube kanalına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, prezident belə bir xahişlə dövlət katibi Antoni Blinkenə, Pentaqonun rəhbəri Lloyd Ostinə və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsə Ukraynaya gələrkən müraciət edib.

“Zelenski üçün sadə vədlər kifayət deyil, ona təminat lazımdır”, – Conson deyib.

Analitik dövlət başçısı ilə Ukrayna ordusunun baş komandanı arasındakı qarşıdurmaya da işarə edərək bildirib ki, Zalujnı hərbçilərin dəstəyi sayəsində üstünlüyə malikdir. Ancaq vəziyyət “ən son həddə qədər qızışıb”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678