Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaxarova: “Sülh müqaviləsinin vaxtını Azərbaycan və Ermənistan özləri müəyyən etməlidir”

21 Baxış

Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması vaxtını özləri müəyyən etməlidir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Zaxarova qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır.

“Biz də öz növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza bundan sonra da kömək etməyə hazırıq. Bu sənəd regionda sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, – XİN sözçüsü bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678