Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İki qaçqını döyüb Belarus sərhədinə atdılar

20 Baxış

Latviya təhlükəsizlik qüvvələri döyülmüş iki qaçqını Belarusla sərhədə atıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qaçqınların üzündə və bədənində çoxsaylı qançırlar və zərbə izləri olub. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib və xəstəxanaya göndəriliblər.

“Bu il Latviya hakimiyyət orqanlarının miqrasiya siyasəti xüsusilə qəddar olub və Avropa ölkələrində himayə və yardım istəyən 13 qaçqının ölümü ilə nəticələnib”,- mətbuat xidmətinin məlumatında deyilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678