Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin Yeni ili necə keçirəcəyini açıqlayıb

24 Baxış

Rusiya Prezidenti Vladimir Putin Yeni ili ailəsi və dostları ilə bir qədəh şampan şərabı ilə qarşılayacağını bildirib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, o, bunu jurnalist Pavel Zarubinlə söhbətində deyib.

“Sevdiklərinizlə bir qədəh şampan, gündəlik mövzularda söhbətlər”, – prezident təklif edib.

Eyni zamanda, dövlət başçısı hələ mağazaya getmədiyini və hədiyyələr seçmədiyini qeyd edib. Buna baxmayaraq, o, söz verib ki, Yeni il ərəfəsində sevdikləri üçün xoş bir iş görməyə çalışacaq.

Bundan əvvəl Vladimir Putin ruslara Yeni il tətillərini necə keçirəcəkləri ilə bağlı tövsiyələr verib. O, ölkə sakinlərinə bayramı yaxınları və sevdikləri ilə keçirməyi sərgilərə və ya teatrlara getməyi məsləhət görüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678