Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin amansız müharibəni davam etdirir – Blinken

19 Baxış

Konqres Ukraynaya yardımla bağlı hərəkətə keçməlidir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya genişmiqyaslı hava zərbələri ilə bağlı “X” hesabında bildirib.

Ölkəsinin Rusiyanın Ukraynaya dəhşətli zərbələrini kəskin şəkildə pislədiyini vurğulayan dövlət katibi Ukraynaya yardımın davam etdirilməli olduğunu vurğulayıb:

“Putin amansız işğalçı müharibəsini davam etdirdiyi üçün biz Ukraynanın özünü müdafiə etməsinə dəstək verməliyik. Konqres yeni ildə hərəkətə keçməlidir”, – deyə Blinken qeyd edib.

Xatırladaq ki bu gün səhər saatlarında Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə raket və dron hücumları nəticəsində öldürlən ukraynalıların sayı 26-ya yüksəlib, 120-yə yaxın şəxs yaralanıb.(APA)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678