Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qəzzada ölənlərin sayı açıqlanıb

43 Baxış

Qəzza zolağında aparılan döyüşlər nəticəsində həlak olan fələstinlilərin sayı 21 507 nəfərə çatıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, oktyabrın 7-dən indiyədək 55 915 nəfər xəsarət alıb. Bu rəqəmlərə son 24 saat ərzində 187 ölüm daxildir. Lakin statistika mülki şəxslərlə silahlı qruplaşmaların üzvləri arasında fərq qoymur.

Öz növbəsində, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Yaxın Şərq üzrə qurumu oktyabrın 7-dən bu yana agentliyə məxsus binalarda gedən döyüşlərdən sığınan 308 nəfərin həlak olduğunu bildirib. BMT binalarında gizlənən daha 1 095 nəfər yaralanıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678