Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Evimə niyə baxırsan” deyib qonşusunun evini güllələdi

46 Baxış

Türkiyənin İstanbul şəhərində qonşusunun onun evində baxdığını iddia edən şəxs atəş açıb.

Turanmedia.az-ın məlumatına görə, Ölkə.Az “Sabah” qəzetinə istinadla xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Esenyurt rayonu, Ardıçlı məhəlləsi, 780-ci küçədə baş verib.

Məlumata görə, Samet adlı şəxs onun evinə baxdığını deyərək, qonşusunun evinə ov tüfəngi ilə atəş açmağa başlayıb.

Hadisəni törədən şəxsin sərxoş olduğu üzə çıxıb. O, ətrafa atəş açarkən söyüş və təhqirlər yağıdırb.

Silahlı şəxsin ələ keçirilməsi üçün əraziyə polis və xüsusi təhlükəsizlik qüvvələri cəlb edilib, o yaxalanıb.

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Sərxoş şəxsin qonşusunu daha əvvəl də güllələməklə təhdid etdiyi üzə çıxıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678