Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya yalnız bu raketlərdən istifadə edəcək

20 Baxış

Rus ordusu uzun müddətdir ki, raketlər toplayır. İndi ruslar böyük ehtimalla vurulması çətin olan konkret raketlərin buraxılmasına diqqət yetirəcəklər.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Denis Popoviç deyib.

Ekspert vurğulayıb ki, payızda və qışın əvvəlində ruslar yalnız “Şahid” PUA-larından istifadə edib, kütləvi raket hücumlarına əl atmayıblar və bu müddətdə raket ehtiyatı yaradıblar.

Onun sözlərinə görə, ruslar çox güman ki, vurulması çətin olan raketlərə – ballistik “İsgəndər” və ya aeroballistik “Xəncər”ə arxalanacaqlar:

“Düşünürəm ki, onlar ballistik və aeroballistik raketlərdən istifadə etməyə davam edəcəklər ki, onlar özləri üçün seçdikləri hədəfləri mümkün qədər məhv edə bilsinlər”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678