Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Belarusluların bu ölkəyə girişinə əlavə məhdudiyyət olacaq

21 Baxış

Litva Belarus vətəndaşlarının ölkəyə girişinə əlavə məhdudiyyətlər tətbiq edəcək.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Litvanın Baş naziri İnqrida Şimonite yerli LRT telekanalında çıxışı zamanı bildirib.

“Mövcud münasibətlərimizin səviyyəsini nəzərə alsaq, axın tamamilə özünü doğrultmur”,- baş nazir qeyd edib.

Siyasətçinin sözlərinə görə, respublikanın hakimiyyət orqanları Belarusdan gələn qonaqların sayını azaltmağı planlaşdırır, baxmayaraq ki, Litva-Belarus sərhədindəki altı nəzarət-buraxılış məntəqəsindən ikisi artıq fəaliyyətini dayandırıb.

İnqrida Şimonite təkliflərin yanvarda hazırlanacağını deyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678