Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tarixi rekord: Putinin imzaladığı fərmanların yarısı…

26 Baxış

Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ildə imzaladığı hər ikinci fərman məxfi olub.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mediazona” nəşri məlumat yayıb.

Nəşr hüquqi aktların rəsmi internet saytındakı məlumatlara əsaslanaraq hesablayıb ki, Putinin 2023-cü ildə məxfi fərmanlarının payı ümumi fərmanların 49,5%-ni təşkil edib.

Bildirilib ki, ilk dəfə 2001-ci ildə İkinci Çeçenistan müharibəsi zamanı məxfi fərmanların sayı 47%-ə çatıb. Sonrakı illərdə ən yüksək rəqəm isə 2022-ci ildə – Ukraynada savaşın başladığı il olub – 45%.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678