Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxıstanda bir sıra Rusiya telekanallarının yayımı dayandırıldı

38 Baxış

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Qazaxıstanda ödənişli peyk televiziyası operatoru TVCOM Rusiyanın bir sıra telekanallarının yayımını dayandırıb.

Operatorun tədricən xarici xəbər kanallarının sayını azaltmaq və onları əyləncə kanalları, həmçinin Qazaxıstan kanalları ilə əvəz etmək istədiyi qeyd olunub.

Yayımı dayandırılan kanallar arasında “Birinci Kanal MDB”, “Kino Evi”, “Telekafe”, “Kino Evi Premium”, “Karusel” və s. kanallar var.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678