Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Argentina Folklend adalarını tələb edir

37 Baxış

Argentina Folklend adaları məsələsinin həlli üçün Böyük Britaniyaya danışıqları bərpa etməyi təklif edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Argentina hökuməti və xalqı qeyri-qanuni işğalından 191 il sonra Folklend adaları, Cənubi Corciya, Cənubi Sandviç adaları və onlara bitişik dəniz əraziləri üzərində qanuni və ayrılmaz suverenlik hüquqlarını bir daha təsdiqləyir”, – bəyanatda bildirilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678