Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT TŞ Kirmanda törədilən terrorla bağlı bəyanat yaydı

27 Baxış

BMT Təhlükəsizlik Şurası (TŞ) yanvarın 3-də İranın Kirman əyalətində törədilən terror aktını pisləyib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunub ki, hadisənin səbəbkarları, təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır.

Təhlükəsizlik Şurası həlak olanların ailələrinə və İran hökumətinə başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb.

Təşkilat əlavə edib ki, terrorizmin bütün forma və təzahürləri beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678