Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

90 yaşlı qadın zəlzələdən 6 gün sonra xilas edilib

20 Baxış

Yaponiyada 90 yaşlı qadın ölkədə baş verən güclü zəlzələdən 6 gün sonra dağıntılar altından xilas edilib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “NHK” yayıb.

Məlumata görə, qadın zəlzələ nəticəsində İsikavada yerləşən evinin dağıntıları altında qalıbmış. Xəstəxanaya çatdırılan qadının vəziyyətinin yaxşı olduğu, lakin ayağından travma aldığı vurğulanıb.

Yaşlı qadının xilas edilməsi üzrə aparılan əməliyyat bir neçə saat davam edib.

Xatırladaq ki, yanvarın 1-i Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib. Bunun ardınca müxtəlif gücə malik çox sayda digər yeraltı təkanlar da baş verib. Zəlzələlərin bu günə qədər davam etdiyi bildirilir. Ən son məlumata görə, təbii fəlakət nəticəsində 128 nəfər həlak olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678