Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabiq prezident Trampın hakimiyyətə gələcəyindən narahatdır – Ona görə də Baydeni dəstəkləyir

35 Baxış

ABŞ-nin sabiq Prezidenti Barak Obama noyabrın 5-də keçiriləcək 60-cı prezident seçkilərində Donald Trampın yenidən hakimiyyətə gəlməməsi üçün Co Baydeni seçki kampaniyasını gücləndirməyə çağırıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) qəzeti yazıb.

WSJ ABŞ Prezidenti Bayden və Obamanın şəxsi nahar üçün bir araya gələn görüşündən xəbərdar olan 3 səlahiyyətliyə istinadən bildirir ki, Obama Baydenə keçmiş kampaniya köməkçilərindən məsləhət almağı tövsiyə edib.

Rəsmilərin sözlərinə görə, Trampın namizədliyi sürətlə müəyyənləşməyə yaxınlaşdığı üçün, Obama Baydenə seçki kampaniyasını aqressiv davam etdirməsinin lazım olduğunu və Trampın yenidən hakimiyyətə gəlməsindən narahat olduğunu qeyd edib.

Xatırladaq ki, Obama 2020-ci il seçkilərində də Bayden üçün kampaniya aparıb və ölkə daxilində tədbirlər keçirib, həmçinin onu dəstəkləyən videolar paylaşıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678