Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tehranda yaşayış binası uçub, ölən və yaralananlar var

35 Baxış

İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə yerli “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678