Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məscidin imamını yaralayan şəxsi həbs edildi

41 Baxış

Türkiyənin İstanbul şəhər məhkəməsi məsciddə imamı bıçaqlayan şəxsi həbs edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Həbs hadisə ilə bağlı cinayət işi açan prokurorluğun sorğusu əsasında həyata keçirilib.

Hadisə yanvarın 8-də axşam saatlarında namaz vaxtı baş verib.

İstintaqın məlumatına görə, hücum edən şəxs Bursa şəhərindən İstanbula gəlib və onun kriminal keçmişi var. Həmçinin psixoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678