Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsraillə bağlı proqnozlar özünü doğruldur – Xamenei

21 Baxış

İsrailin Qəzza zolağına təxminən 100 günlük hücumundan sonra onun məğlubiyyəti ilə bağlı proqnozlar özünü doğruldur, çünki Fələstin Müqaviməti qalib gələcəkdir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xamenei deyib.

Xamenei Qəzzada üç aydır davam edən münaqişəni “tarixdə əbədi qalacaq unudulmaz hadisə” kimi qiymətləndirib:

“Bu rejim məhv edilib Yer üzündən silindikdən sonra da bu cinayətlər unudulmayacaq və tarixə düşəcək. Bir neçə həftə ərzində minlərlə uşağı öldürdülər. Lakin Fələstin xalqının səbri və müqaviməti onları geri çəkilməyə məcbur etdi”.

O vurğulayıb ki, İsrail hələ də HƏMAS-ı məhv etməyi bacarmayıb:

“Onlar HƏMAS-ı və müqaviməti məhv edəcəklərini və qəzzalıları sıxışdıracaqlarını söylədilər. Lakin uğursuzluğa düçar oldular və bu gün müqavimət güclü, enerjili və tam hazırlıqlı olaraq qalır və sionist rejim tükənmiş, alçaldılmış və peşmançılıqla doludur. Sionist rejimin əsl mahiyyəti üzə çıxdı”.(axar.az)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678