Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropada kütləvi faşist salamı rezonans doğurdu – YENİ MÜHARİBƏ ANONSU – TƏFSİLAT

19 Baxış

İtaliyada neofaşist qruplar 1978-ci ildə irqçi Gənclik Cəbhəsinin üç üzvünün öldürülməsi ilə bağlı keçirilən anım mərasimində nasist salamı veriblər.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, faşist qruplarının anım mərasimində etdiyi hərəkət İtaliyada faşizmin yenidən yüksəlişdə olması ilə bağlı müzakirələri qızışdırıb.

Bu salamın yeni dalğa yaradacağını, hətta yeni Hitlerin üzə çıxacağını düşünənlər var.

Digər tərəfdən 3-cü dünya müharibəsi ilə bağlı müzakirələr fonunda vəziyyət narahatlıq doğurub.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Ölkə.Az-a açıqlamasında “Yeni faşizm dalğası yaranırmı və bu dalğa nə ilə nəticələnə bilər” suallarını cavablandırıb. O deyib ki, faşizm həmişə 3 halda inkişaf dinamikası göstərir:

“Dünya müharibə astanasına qədəm qoyanda, iqtisadi tənnəzzül başlayanda və liberalizmin iflasa uğradığı halda faşizm qabarır. Müasir dövrdə Avropada faşizm növbəti inkişaf mərhələsinə keçib.

Təkcə İtaliya deyil. Məsələn, Fransada Milli Cəbhənin namizədi Marin Le Pen ifrat sağçıdır.
Hətta 2017-ci ildə Fransada prezident seçkilərində 10 milyon səs toplayaraq ikinci tura çıxmışdı. Avstriyada sovet sosialist zabitlər tərəfindən qurulan Azadlıq Partiyası var. Sağ mərkəzçilər də koalisiyaya daxil olmuşdular. Almaniyada AFD sağ radikaldır. İsveçdə sosial demokratlardan hesab olunan İsveç Demokrat Partiyası keçdi sağçı partiya oldu. Macarıstanda Viktor Orban, eyni zamanda Böyük Britaniyada İngiltərə Müdafiə Liqası, Böyük Britaniya Müstəqillik Partiyası var. Yəni onların sayı kifayət qədərdir və artmaqda davam edir”.

Ekspert hesab edir ki, bu prosesin özü sağ və sol radikalizmin güclənməsi fonunda inkişaf edir:

“Hər ikisi də kökündən radikalizmə, nasional sosializmə bağlıdır”.

Ə.Əlibəylinin fikrincə, faşizmin meydana çıxmasına 4-cü səbəb kimi irqçiliyin inkişafını da göstərmək olar:

“Bu da daha çox Yaxın Şərq bölgələrində baş verən müharibələrdən sonra Avropaya ayaq açan miqrant axınına adekvat cavab kimi meydana çıxdı. Ona görə də postfaşist partiyalarının mutasiyaya uğraması və tarixin qalığı hesab olunması yalandır”.

Ekspert həmçinin əlavə edib ki, artmaqda olan faşizm sonda müharibəyə səbəb olacaq:

“21-ci əsrin ilk 20 illiyinə daxil oluruq və sanki Birinci Dünya müharibəsinin tarixi səhifələrini təkrar yaşamaqdayıq. Bu dəqiqə İtaliyada hakimiyyət bütövlükdə Avropa üçün ənənəvi olmayan hakimiyyət tərzidir. İtaliya Baş nazirinin təmsil elədiyi qrupun da Avropa ənənəvi siyasətinə nə qədər təsiri olması sual altındadır.

Faşizm özlüyündə yeni bir təşbbüs – millətçiliyi və dalğanı gətirir. Artıq müasir neofaşizmlə bağlı, xüsusilə də Avropanın mərkəzi ölkələrində artan bir dalğa var. Bu da müharibəyə gətirəcək. Çünki faşizmin xarakterində qarşıdurma var. Növbəti dəfə millətçilik dünyanın elan olunmuş 3-cü, 4-cü savaşını meydana çıxarmış olacaq”.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678