Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putinin qızı müsahibə verdi- Kremlin gizli saxlamağa çalışdığı…

21 Baxış

Rusiya insan həyatına çox böyük önəm verir.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova “Medtech.Moscow”a müsahibəsində deyib.

Putin siyasi karyerası boyu heç vaxt ictimai bəyanatlarında Vorontsova və kiçik qızı Katerina Tixonovanın adını çəkməyib.

“Moskva Times”ın yazdığına görə, Kreml Putinin iki qızının həyatı ilə bağlı bir çox təfərrüatları gizli saxlamaq üçün illərdir çox çalışıb.

Məlum olub ki, mətbuata nadir hallarda danışan Vorontsova dekabrın 16-da Moskva meriyasına bağlı “Medtech.Moscow” qeyri-kommersiya təşkilatına müsahibə verib.

Vorontsova müsahibəsində qeyd edib ki, bizim üçün insan həyatı ən yüksək dəyərdir. O, Rusiyanın insanları öz mərkəzinə qoyan dövlət olduğunu iddia edib.

Endokrinoloq Vorontsova tibb dünyasındakı irəliləyişlərdən, ədəbiyyata, musiqiyə və idmana olan marağından da danışıb.

Müsahibədə Vorontsovanın Putinlə əlaqəsi ümumiyyətlə qeyd olunmayıb.

“Medtech.Moscow”un baş direktoru Vyaçeslav Şulenin ilə olan söhbət Rusiyanın “Vkontakte” sosial media platformasında 225 min dəfə izlənilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678