Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyanın ən böyük qızıl balığı tutuldu

23 Baxış

Avstraliyanın Pert şəhərində dünyanın ən böyük qızıl balığı tutulub.

Balığı bioloq Dulan Herat yaxalayıb.

Uzunluğu 52 santimetr olan balığın əvvəlki dünya rekordundan təxminən beş santimetr uzun olduğu bildirilib.

Əvvəlki rekord, Ginnesin Rekordlar Kitabına görə, 21 il əvvəl Hollandiyada tutulan balığa aid idi.

Onun uzunluğu 47,4 santimetr olub

Qızıl balıqlar Pertin su yollarında çoxalıb və qida mənbələri, çömçəquyruqlar və müxtəlif bitkilərlə qidalanaraq ekosistemə ciddi ziyan vurur.

Buna görə də, onlar ənənəvi olaraq həmin yerlərdə yaşayan digər növləri inkişaf etdirmək imkanı olmadan qarşılarında olan hər şeyi yeyərək böyük ölçülərə sahib olurlar.(Baku.ws)

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678