“Brent” markalı neftin qiyməti 47 dolları keçdi
146 Baxış
Dünyada neft qiymətləri yüksəlib.
Bu barədə Gazeta.ru məlumat yayıb.
“Brent” markalı neftin qiyməti 2.43 faiz artaraq bir barel üçün 47.12 dollara çatıb. Sözügedən göstərici martın 6-dan bu yana ilk dəfə qeydə alınıb.
WTI markalı neftin qiyməti isə 2.83 faiz artaraq bir barel üçün 44.28 dollar təşkil edib.
Məlumat oxu.az saytından götürülmüşdür.