Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı alimlər 3D printerdə geyim hazırlamağı öyrəniblər

141 Baxış

Kosıqin adına Rusiya Dövlət Universitetinin Mühəndislik Mərkəzinin mütəxəssisləri 3D printerdə termoplastik poliuretandan ilk geyim materialları yaradıblar.

Bu barədə “Zvezda” xəbər yayıb.

Nümunələrin dekabr ayında “Vuzpromekspo-2020” sərgisində təqdim olunması planlaşdırılır.

Yeni çap texnologiyasını (iplərin bir-birinə toxunmasının analoqu) əldə etmək üçün elm adamları FDM (fused deposition modeling) texnologiyasından istifadə ediblər.

“FDM texnologiyası iplər bir-birinə yapışdıqları üçün parça kimi toxuma quruluşu düzəltməyə imkan vermir. Bunu lazerlə reallaşdırmaq mümkündür, ancaq bu halda materialın dəyəri dəfələrlə artacaq”, – deyə mütəxəssislər bildirib.

Bildirilir ki, 10×10 santimetrlik parça nümunəsinin qiyməti FDM texnologiyasından istifadə edildiyi təqdirdə 60-70 rubla (1.34-1.56 AZN), lazerlə hazırlanarsa, 5 min rubla (112 AZN) başa gələcək.

Yeni texnologiyanın yaradıcıları aşağı qiymət və əlçatanlığı ilə əlaqədar materialın geniş istifadəyə uyğun olacağını qeyd edirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678