Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkim COVID-19-dan ölənlərin son anlarını “canlandırdı” – VİDEO

142 Baxış

ABŞ-ın Missuri ştatında həkim COVID-19-dan ölən xəstələrin son anda nələr gördüyünü göstərib.

Bu barədə “Twitter”də yayımlanan video izləyicilərin böyük marağına səbəb olub.

Kadrlarda bütün lazımi qoruyucu vasitələr geyinmiş həkim Kennet Remi koronavirus xəstəliyindən əziyyət çəkən insanın ölməzdən əvvəl yalnız tibbi cihazları və həkimlərin üzlərini gördüyünü deyir.

Onun sözlərinə görə, belə bir xəstə dəqiqədə 40 dəfə nəfəs alır, qanda oksigenin doyma səviyyəsi 80 faizdən aşağı düşür.

“Baxın, ictimai yerlərdə maska ​​taxmasanız, sosial məsafəni qorumasanız, əllərinizi mütəmadi olaraq yumasanız, ömrünüzün sonunda bunu görəcəksən. Əks təqdirdə, inanın ki, bunu görəcəksiniz”.

O, insanları onun sözlərini ciddi qəbul etməyə çağırıb:

“Mən sizin vahimə dolu baxışlarınızı görən son insan olmaq istəmirəm”.

Please listen as this is dire. I don’t want to be the last person that looks in your frightened eyes. #MaskUp@DrKenRemy1⁩ ⁦@WUSTLmedpic.twitter.com/qwb4eERlfE

— Kenneth E. Remy, MD, MHSc, FCCM (@DrKenRemy1) November 21, 2020


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678