Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Böyük Britaniyada koronavirus qadağalarına etiraz: Saxlanılanlar var – FOTO

142 Baxış

Böyük Britaniyada polis Londonun mərkəzində ölkədə koronavirus əleyhinə tətbiq edilən karantin məhdudiyyətlərinə etiraz edən 60 nümayişçini saxlayıb.

“Sky News” xəbər verir ki, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişəng və müxtəlif əşyalar atıb.

Nümayişçilər “Bizi nəzarət altında saxlamağı dayandırın”, “Karantinə yox”, “Maska tələbinə son”, “Polislər utansın” şüarları səsləndiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678