Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusun vətəni Hindistan imiş?

127 Baxış

Çinli tədqiqatçılar yeni növ koronavirusun Hindistan və ya Pakistandan qaynaqlandığı ilə bağlı versiyasını təqdim ediblər.

Bu barədə “Daily Mail” məlumat verir.

Bildirilir ki, alimlər virusun 2019-cu ildə istilər və quraqlıq şəraitində heyvandan insana keçə biləcəyini istisna etmirlər.

Qlazqodan olan alimlər isə çinli həmkarlarının məlumatlarını təkzib edirlər. Onların fikrincə, müəlliflər Çində açıq şəkildə görünən və virusun oradan yayılmasını göstərən mövcud epidemioloji məlumatları görməməzlikdən gəliblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678