Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Canlı yayımda qadın öldü: Bloger çəkilişi dayandırmadı

306 Baxış

Rusiyada “Youtube” blogeri Stas Reşetnikovun canlı yayımı zamanı qadının ölməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə “Meduza” məlumat yayıb.

Reşetnikov və dostu qadını ələ salıblar. Sonra isə onu üst geyimi olmadan evdən çıxarıblar. Bir neçə saat sonra onu evə buraxmağa qərar versələr də, qadını huşsuz vəziyyətdə tapıblar. Bloger bu zaman təcili tibbi yardıma müraciət edib.

Bir sıra “Telegram” kanalları ilk olaraq qonşuların təcili yardıma müraciət etdiyini yazıb. Əraziyə gələn həkimlər qadının ölümünü qeydə alıblar. S.Reşetnikov bu zaman da canlı yayıma davam edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678