Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtlər gəzinti zamanı 47 yaşlı qadını boğdular

153 Baxış

Britaniyanın Reskem şəhərində itlər 47 yaşlı qadını boğublar.

Bununla bağlı “Daily Mail” məlumat yayıb. 

İnsident 47 yaşlı Debora Meri Robertsin bulteryer cinsindən olan Tayson və Rubi itlərini gəzintiyə çıxardığı zaman baş verib. Bir müddət sonra qadının meyiti tapılıb. 

Araşdırmalar zamanı məlum olub ki, Roberts tez-tez itlərin xaltasını boğazından asırmış. Gəzinti zamanı qadın yıxılıb və qalxa bilməyib. Buna səbəb kimi qadının Gentinqton xəstəliyindən əziyyət çəkməsi göstərilib. İtlər qadına kömək etmək üçün xaltanı dartsalar da, bu, Robertsin boğulmasına və nəticədə ölümünə səbəb olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678