Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baydenin köməkçisi ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmasını mümkün sayır

199 Baxış

ABŞ-ın demokrat prezidenti Co Bayden tərəfindən seçiləcək gələcək administrasiya İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmağı Tehranla daha geniş məsələlərdə danışıqların aparılması üçün əsas hesab edir.

Bunu Baydenin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsinə namizəd göstərdiyi Ceyk Sallivan “The Wall Street Journal”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın nüvə sazişinin iştirakçıları siyahısına qayıtması və respublikaçı Donald Tramp administrasiyasının Tehrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ləğvi daha geniş bir mövzuda “sonrakı danışıqların” əsasını qoyacaq.

Sallivan ABŞ-ın iqtisadiyyatda rəqabət qabiliyyətinin artırılmasının Bayden rəhbərliyinin beynəlxalq təşkilatların islahatı, müttəfiqlərlə əlaqələrin gücləndirilməsi və Çin kimi rəqiblərlə qarşı-qarşıya gəlməsi kimi sahələrdə xarici siyasətinin formalaşması üçün əsas olduğunu düşünür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678