Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST mütəxəssisləri Hindistanda başlayan naməlum xəstəliyin öyrənilməsinə qoşuldu

130 Baxış

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Hindistanın Andhra Pradeş ştatının rəhbərlərinə naməlum xəstəliyin araşdırılması ilə bağlı kömək edirlər.

Təşkilatın nümayəndəsi “RİA Novosti”yə verdiyi açıqlamada belə deyib.

Bundan əvvəl Hindistanın Səhiyyə Nazirliyi, ölkənin cənubunda Eluru şəhərində naməlum xəstəliyin araşdırılması üçün xüsusi bir qrup yaradıldığını elan etmişdi.

ÜST əməkdaşı bildirib ki, qurumun iki əməkdaşı araşdırma aparmaq üçün Hindistanın dövlət səhiyyə orqanlarına dəstək verir.

Onun sözlərinə görə, ştat hökuməti Hindistanın Eluru şəhərinə əlavə tibb işçiləri və təcili yardım qrupları göndərib. Bundan əlavə, istintaqa ölkənin aparıcı institutunun mütəxəssisləri də qoşulur.

Xatırladaq ki, dekabrın 6-dan etibarən Hindistanın Eluru şəhərində və ətrafında naməlum xəstəlik sürətlə yayılmağa başlayıb. Xəstəlik nəticəsində bir nəfər ölüb, 850-yə yaxın insan xəstəxanaya yerləşdirilib.

Simptomlar arasında başgicəllənməsi, epilepsiya, qəfil huşu itirmə, ağızdan köpük gəlməsi və titrəmə var.

Yerli hökumət nümayəndələrinin sözlərinə görə, xəstəlik insandan insana keçmir. Araşdırmalar zamanı xəstəliyin koronavirusla əlaqəli olmadığı ortaya çıxıb. Pasiyentlərin hamısı testdən və kompüter tomoqrafiyasından keçib.

Mütəxəssislər insanların suda və ya yeməkdə bir növ zəhərli birləşmələr səbəbindən xəstələnə biləcəyini düşünürlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678