Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Giorgi Qaxariyaya yenə Gürcüstanın Baş naziri olacaq?

149 Baxış

Giorgi Qaxariyaya yenə Gürcüstanın Baş naziri postu təklif ediləcək.

“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi İrakli Kobaxidze deyib.

O bildirib ki, Giorgi Qaxariya, ehtimal ki, cümə günü Gürcüstanın Baş naziri vəzifəsinə rəsmi olaraq namizəd göstəriləcək.

Gürcüstanın yeni seçilmiş parlamentinin ilk iclası dekabrın 11-də keçiriləcək.

Kobaxidzenin sözlərinə görə, “Gürcü Arzusu” artıq Gürcüstanda 2020-ci il parlament seçkilərində qalib gələcəyi təqdirdə hazırkı hökumət başçısı Giorgi Qaxariyanı baş nazir seçəcəyini deyib.

Ehtimal olunur ki, cümə günü Qaxariya rəsmi olaraq Nazirlər Kabinetinin gələcək rəhbəri kimi təqdim ediləcək.

“Hökumətin tərkibinə gəldikdə, ilk növbədə bu məsələyə baş nazir qərar verməlidir. Əlbəttə ki, müəyyən məsləhətləşmələrimiz olacaq. Ancaq əvvəlcə hökumətin tərkibini formalaşdırmalı olan Qaxariyadan məlumat gözləyəcəyik”, – deyə Kobaxidze qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678