Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyanın bütün bölgələrində koronavirusa qarşı kütləvi peyvəndləmə başlayacaq

137 Baxış

Rusiyanın bütün bölgələrində bu həftənin sonuna qədər (13 dekabradək) koronavirus infeksiyasına qarşı kütləvi peyvəndləmə başlayacaq.

Bu barədə “İnterfaks” Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikovanın ofisinə istinadən xəbər verir.

Qeyd edilir ki, baş nazirin müavini artıq ölkənin bölgələri ilə peyvəndləməyə başlamağa hazırlıq məsələlərini müzakirə edib.

“İclasda bütün bölgələr peyvəndləməyə hazır olduqlarını açıqladı. Bu həftənin sonunadək peyvənd bütün bölgələrdə istifadəyə veriləcək”, – məlumatda bildirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678