Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da pilotlara “Pfizer” və “BioNTech” şirkətlərinin peyvəndlərindən istifadəyə icazə verilib

148 Baxış

ABŞ Federal Aviasiya İdarəsi (FAA) pilotlara “Pfizer” və “BioNTech” şirkətlərinin istehsalı olan koronavirus əleyhinə peyvəndlərdən istifadəyə icazə verib. Ancaq bundan sonra 48 saat ərzində təyyarə idarə edə bilməyəcəklər.

Bu barədə qurumun internet saytında məlumat yer alıb.

Məlumata görə, peyvəndləri pilotlarla yanaşı, FAA tibbi sertifikatı olan hava hərəkəti nəzarətçiləri də əldə edə biləcək.

Bununla yanaşı, peyvənddən istifadə etdikdən sonra “uçuş və ya hava hərəkətinə nəzarət kimi təhlükəsizlik məsələləri ilə bağlı aviasiya vəzifələrinin icrasına başlamazdan əvvəl 48 saatlıq müddətə riayət etmək” lazımdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678