Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransada şizofren bıçaqla insanlara hücum etdi: Yaralananlar var

135 Baxış

Fransanın paytaxtı Parisin yaxınlığındakı Antoni şəhərində şəxsiyyəti bilinməyən, ciddi psixoloji problemləri olan bir kişi bıçaqla insanlara hücum edib və bir neçə nəfəri yaralayıb. 

Bu barədə “Figaro”ya istinadən “Lenta.ru” xəbər yayıb. 

Bildirilir ki, həmin şəxs polislər tərəfindən tutulub. Hadisə zamanı bel, çiyin və qarın nahiyəsinə bıçaq zərbələri alan üç nəfər isə xəstəxanaya yerləşdirilib.  

Polis təcavüzkarın ciddi psixi pozğunluqlardan əziyyət çəkdiyi üçün hücumun terror və ya cinayət xarakterli olmadığını düşünür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678