Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baxçalı: “Məğlubiyyətin utancı Ermənistanın alnına həkk olunub”

133 Baxış

“Qarabağın 70 faizinin Ermənistan işğalından qurtarılması bir türk zəfəridir. Ağır məğlubiyyətin utancı Ermənistanın alnına həkk olunmuşdur”.

“Haber Global”ın məlumatına görə, bu sözləri MHP sədri Dövlət Baxçalı “Twitter” hesabında yazıb.

“Qarabağ türkdür, Azərbaycandır, işğal əməlləri zillətdir, rəzalətdir, düşmənlikdir və tarixi həqiqətlərə xəyanətdir. Terrorçu Ermənistanın başı 44 gün ərzində, həmd olsun, əzilib. 2783 nəfər müstəqillik şərəfi üçün şəhid olmuşdur. Vətənə göz dikənlərin aqibəti ağır olmuşdur”, – deyə Dövlət Baxçalı bildirib.

Dövlət Baxçalı həmçinin Bakıda Azadlıq Meydanında keçirilən Zəfər paradına da münasibət bildirib:

“Cənab Prezidentimizlə birlikdə Azərbaycan Prezidenti bu mərasimlərdə yerini alıb. Dünyaya türk millətinin mesajı qərarlılıqla və qəhrəmanlıqla verilmişdir. Ermənistan yenə etdiyini edib, atəşkəsi pozaraq Dağlıq Qarabağdakı Hadrut qəsəbəsi ətrafında dörd Azərbaycan əsgərini şəhid edib. Ermənistan qorxaqdır, alçaqların ən alçağıdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678