Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada quş qripi aşkar edilən bölgələrin sayı artdı

142 Baxış

Yaponiyanın Koçi prefekturasında (Sikoku adası) quş qripi qeydə alınıb.

NHK telekanalı məlumat verir ki, bu, ölkədə xəstəliyin son bir ayda aşkar edildiyi 11-ci bölgədir.

Həftənin əvvəlindən bəri Koçidəki quşçuluq təsərrüfatlarından birində 40 toyuğun öldüyü qeyd olunur.

Hadisə yerinə gələn sanitariya nəzarəti mütəxəssisləri quş qripinin olduğunu təsdiqləyiblər. Nəticədə həmin fermada 32 min quş məhv ediləcək və ətraf ərazidə karantin elan olunacaq.

Eyni zamanda, bir ay əvvəl qripin yayılmağa başladığı qonşu Kaqava prefekturasında daha 29 min quşun məhv edilməsi planlaşdırılır.

Qeyd edək ki, noyabr ayının əvvəlində Yaponiyada quş qripi aşkar edilib. Artıq bununla bağlı ölkə daxilində 2,7 milyondan çox toyuq məhv edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678