Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyada turizm sahəsi 1990-cı il səviyyəsinə düşüb

147 Baxış

Turizm sənayesi 2020-ci ilin ilk 10 ayı ərzində koronavirus və bununla bağlı məhdudiyyətlər səbəbilə 935 milyard dollar itirib.

Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb.

“Yanvar-oktyabr aylarında turizm sahəsi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 900 milyon daha az əcnəbi turist qəbul edib”, – deyə qurumdan bildirilib.

 Bu, o deməkdir ki, dünya turizmi 1990-cı ilin səviyyəsinə qayıdıb.

Qurumdan bildirilib ki, proqnozlara əsasən, beynəlxalq səyahətçilərin sayı ilin yekunlarına görə 70-75 faiz azalacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678