Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtaliya özünü “qırmızı zona” elan etdi

184 Baxış

İtaliya koronavirusa görə özünü “qırmızı zona” elan edib.

Lenta.ru-nun xəbərinə görə, bu barədə Baş nazir Cuzeppe Konte məlumat verib.

Ölkə 24 dekabr – 6 yanvar tarixləri arasında ümumxalq karantininə girir.

Kontenin sözlərinə görə, vətəndaşların evlərindən zəruri olmadığı halda çıxması qadağan ediləcək. Eyni zamanda, regiondan regiona getmək də qadağandır. Ərzaq mağazaları istisna olmaqla, bütün mağazalar bağlanacaq.

Bərbərxanalar açıq qalacaq, iaşə müəssisələri isə çatdırılma rejimində işləyə biləcəklər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678